Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün sizin simsiz xidmət
təminatçısına ehtiyacınız var. Xüsusiyyətlərin
çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir.
Bu xüsusiyyətlər bütün şəbəkələrdə mövcud
deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən
öncə digər şəbəkələr sizdən xidmət təminatçınızla
xüsusi razılıq əldə etməyinizi tələb edə bilər.
Xidmət təminatçınız sizə təlimatlar verə bilər
və onun tərəfindən hansı haqların tətbiq
olunacağını izah edə bilər. Müəyyən şəbəkələrdə
Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə
biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal
üçün, dildən asılı olmayan simvollar və xidmətlər
14
Ü m u m i m ə l u m a t
müəyyən şəbəkələr tərəfindən təmin
edilməyə bilər.
Xidmət təminatçınız telefonunuzdakı bəzi
funksiyaların aktivləşdirilməməsini və ya
söndürülməsini tələb edə bilər. Belə olan halda
həmin funksiyalar telefonunuzun menyusunda
görünməyəcək. Telefonunuz menyu adlarında,
menyu sırasında və nişanlarda dəyişikliklər kimi
xüsusi konfiqurasiyaya malik ola bilər. Daha
ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə
saxlayın.
Bu cihaz TCP/IP protokollarına daxil olan
WAP 2.0 protokollarını (HTTP və SSL) dəstəkləyir.
Bu cihazdakı multimediya mesajlaşma (MMS),
İnternet səhifələrini nəzərdən keçirmə, elektron
poçt proqramı, cəld mesajlaşma, uzaq
sinxronizasiya, brauzer və ya MMS-dən istifadə
edərək məzmun yükləməsi kimi bəzi funksiyalar
şəbəkə dəstəyini tələb edir.
15
Ü m u m i m ə l u m a t
■