
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilən simsiz cihaz WCDMA
850 və 2100 (RM-364), WCDMA 900 və 2100
(RM-365), WCDMA 850 və 1900 (RM-366) və
GSM 850, 900,1800 və 1900 şəbəkələrində
istifadə üçün təsdiq olunub. Şəbəkə haqqında
daha ətraflı məlumat əldə etmək üçün xidmət
təminatçınızla əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən
bütün qanunlara riayət edin və müəllif hüquqları
da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
məxfiliyinin qorunmasına və qanuni hüquqlarına
hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən
şəkillərin, zəng siqnalları melodiyalarının və digər
məzmunlu funksiyaların surətinin çıxarılmasına,

12
Ü m u m i m ə l u m a t
dəyişdirilməsinə və ya köçürülməsinə mane
ola bilər.
Cihazınızda üçüncü tərəf internet saytları üçün
əvvəlcədən qurulan əlfəcinlər və bəndlər ola
bilər. Həmçinin cihazınız vasitəsilə üçüncü tərəf
saytlara daxil ola bilərsiniz. Üçüncü tərəf saytları
Nokia-nın himayəsində deyil və Nokia onlara
görə məsuliyyət daşımır. Əgər belə saytlara daxil
olmaq istəsəniz təhlükəsizlik və ya tərkib üçün
ehtiyat tədbirlərini həyata keçirməlisiniz.
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla
bu cihazın bütün imkanlarının istifadəsi
üçün telefon işə salınmalıdır. Simsiz
cihaz maneə və ya təhlükə törədə
biləcəyi yerlərdə telefonu işə salmayın.
Telefonun yaddaşında saxladığınız bütün zəruri
məlumatın ehtiyat surətlərini çıxarmağı və ya
yazılı qeyd etməyi unutmayın.

13
Ü m u m i m ə l u m a t
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı
ətraflı məlumatı əldə etmək üçün onun istifadə
təlimatını oxuyun. Uyğun olmayan məhsulları
qoşmayın.
■