
Multimediya mesajları
Mesaj parametrləri multimediya mesajlarının
göndərilməsinə, qəbul edilməsinə və nəzərdən
keçirilməsinə təsir edir. Multimediya mesajları
üçün konfiqurasiya parametrlərini konfiqurasiya
mesajı kimi qəbul edə bilərsiniz. Bax “Konfiqurasiya
parametrlərinin xidməti”, səh. 25. Parametrləri
əl ilə də daxil edə bilərsiz. Bax “Konfiqurasiya”,
səh. 75.
Menyu > Mesajlar > Mesaj prmtrləri > Multimedia
msjlar və aşağıdakı seçimlərdən seçin:
Çatdırılma hesabatı — mesajların çatması
haqqında hesabatları almaq üçün (şəbəkə xidməti)
MMS yaratma rejimi — mesajlara müxtəlif
növ multimediyanın əlavə edilməsini
məhdudlaşdırmaq və ya buna imkan vermək
MMS-də şəkil ölçüsü — multimediya mesajlarda
təsvirin ölçüsünü təyin etmək üçün

51
M e s a j l a ş m a
Defolt slayd zamanı — multimediya mesajlarında
slaydlar arasında ilkin təyin edilmiş vaxtı
müəyyən etmək üçün
MMS qəbuluna icazə — multimediya mesajına
imkan vermək və ya blokirovka etmək. Əgər
Daxili şəbəkə seçsəniz, daxili şəbəkədən
kənarda multimediya mesajları qəbul edə
bilməyəcəksiniz. İlkin təyin edilmiş parametr
adətən Daxili şəbəkə olur. Bu menyunun
mövcudluqu telefonunuzdan asılıdır.
Daxil olan MMS msj. — multimediya mesajların
necə çıxarılmasını müəyyən etmək üçün. Əgər
MMS qəbuluna icazə Xeyr kimi təyin olunubsa,
bu parametr görünməyəcək.
Reklam qəbulu — elanları qəbul etmək və
ya onlardan imtina etmək üçün. Əgər MMS
qəbuluna icazə Xeyr və ya Daxil olan MMS msj.
Rədd et kimi təyin olunarsa, bu parametr əks
olunmayacaq.

52
M e s a j l a ş m a
Konfiq. parametr. — multimediya mesaj sistemini
dəstəkləyən konfiqurasiyanı görüntüləmək üçün.
Xidmət təminatçısını seçin, Defolt və ya Şəxsi
konfiq. multimediya mesajlaşma üçün. Hesab
və aktiv konfiqurasiya parametrlərinə daxil olan
MMS hesabını seçin.