
Bluetooth ilə qoşulma
Bu qurğu aşağıdakı profilləri dəstəkləyən Bluetooth
Specification 2.0 ilə uyğundur: təkmilləşdirilmiş
audio paylaşdırma, audio video uzaq idarəetmə,
kommutasiya şəbəkəsinin yaradılması, fayl ötürülməsi,
ümumi giriş, ümumi obyekt mübadiləsi, ümumi

66
P a r a m e t r l ə r
audio/video paylaşdırma, hands-free, qulağlıq, telefon
kitabçasına giriş, seriya portu, xidmətin aşkarlanması
xidməti və SIM girişi. Bluetooth texnologiyasını
dəstəkləyən digər şəbəkələrlə qarşılıqlı əlaqəni təmin
etmək üçün Nokia tərəfindən bu cihaz üçün təsdiq
edilmiş aksesuarları istifadə edin. Digər qurğuların bu
qurğuya uyğun olması və ya olmamasını müəyyən
etmək üçün həmin qurğuların istehsalçıları ilə əlaqə
saxlayın.
Bluetooth texnologiyasından istifadə edən
telefonlar radio dalğalarla əlaqə saxladıqlarından,
bu qoşulma zamanı telefonların eyni istiqamətdə
olması vacib deyil, lakin bu əlaqəyə də divarlar,
digər elektron cihazlar maneə törədə bilərlər.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar
batareyadan istifadəni artırır və batareyanın ömrünü
azaldır.

67
P a r a m e t r l ə r