9. Batareya və adapter
barədə məlumat
Sizin cihazınız təkrar yüklənə bilən batareya ilə işləyir.
Bu cihazla istifadəsi nəzərdə tutulan batareya
BL-4U-dur. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3. Batareya yüz dəfələrlə yüklənə
və yükü boşala bilər, ancaq sonda o da köhnələcək.
Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan
qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən
təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın
doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq
edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya
dolduran qurğuları istifadə edin. Təqdiq edilməyən
batareya və ya adapterdən istifadə yanğın, partlama,
axıtma və digər təhlükələri yarada bilər.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya
uzun müddət istifadə edilmədikdə enerji qurğusunu
cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın
89
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
doldurulmasının başlanması üçün təkrar birləşdirmək
tələb oluna bilər. Batareya tam boşaldıqda ekranda
batareyanın doldurulması indikatorunun peyda olması
və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb
oluna bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və
enerjı qurğusundan ayırın.
Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan
və telefondan ayırın. Tam doldurulmuş batareyanı
dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F)
arasında saxlamağa çalışın. Kəskin temperaturlar
batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası
isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda
olan dərəcələrdə xüsusilə məhdud olur.
90
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi
qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal
əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-)
terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu
batareyanın üzərində metal zolaqlar kimi görsənir.)
Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya
pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların
qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya
zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda
atmayın. Batareyalar zədələndikdə də partlayışa
səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq
olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa
məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın,
deformasiya etməyin, əyməyin, deşməyin və s. Əgər
batareyadan maye axsa, bu surətdə mayenin dəri, və
gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş verdiyi
halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya
da tibbi yardım axtarın.
91
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı
təmir etməyin, suya və ya digər mayelərə salmayın.
Batareyanın düzgün istifadə edilməməsi yanğın,
partlayış və ya digər təhlükələrə səbəb ola bilər.
Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz
batareyanın zədələndiyinə əmin olsanız, istifadə
etmədən onu servis mərkəzinə apararaq yoxladın.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə
edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı
dolduran qurğudan istifadə etməyin. Onları kiçik
uşaqların əli çatmadığı yerdə saxlayın.
92
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
■
Nokia batareyasının