identifikasiya təlimatları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarından
istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza
əmin olmaq üçün onu səlahiyyətli Nokia dilerindən alın
və aşağıdakı addımları izləyərək holoqramı yoxlayın:
Bütün addımların müvəffəqiyyətli tamamlanması
batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər
batareyanın orijinal Nokia batareyası olduğuna dair
sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli
və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia
xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz.
Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri
batareyanın orijinallığını yoxlayacaq. Batareyanın
orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.
93
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
Orijinal holoqram
1. Etiketdə olan holoqrama
baxarkən siz bir bucaqdan
Nokianın birləşdirən əllər
simvolunu, digər bucaqdan
isə Nokia Orijinal
Aksesuarlar loqosunu
görməlisiniz.
2. Holoqramı sol tərəfə
əydikdə siz hər tərəfdə
müvafiq olaraq 1, 2, 3 və
4 nöqtə görməlisiniz.
Əgər batareya əsl deyilsə nə etməli?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu
etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə,
batareyanı istifadə etməyin. Həmin batareyanı yardım
94
B a t a r e y a v ə a d a p t e r b a r ə d ə m ə l u m a t
üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya
dilerinə aparın. İstehsalçı tərəfindən təsdiq edilməmiş
batareyanın istifadəsi təhlükəli ola bilər və sizin
cihazınıza və onun aksesuarlarına zərər verə bilər.
Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq
və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı
məlumat üçün bax www.nokia.com/battery.
95
B a x ı m v ə t e x n i k i x i d m ə t