Baxım və texniki xidmət
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq
məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda
göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ
maye və rütubətin tərkibində elektron sxemlərin
korroziyasına səbəb ola biləcək minerallar ola bilər.
Cihazınız yaş olduqda batareyanı çıxarın və onu
yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
● Cihazı tozlu və çirkli yerlərdə istifadə etməyin və
saxlamayın. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
● Yüksək temperatur elektron cihazların istehlak
müddətini qısaldır, batareyaları zədələyir və
müəyyən plastik hissələri əyir və ya əridir.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal
temperatura qayıtdıqda cihazın içində nəmlik
96
B a x ı m v ə t e x n i k i x i d m ə t
yarana bilər və bunun nəticəsində elektron
sxemlərin plataları zədələnə bilər.
● Cihazı təlimat kitabçasında göstərildiyindən fərqli
şəkildə açmağa çalışmayın.
● Cihazı yerə salmayın, zərbə vurmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
● Cihazı təmizləmək üçün aşılayıcı kimyəvi,
təmizləyici maddələrdən və ya güclü tərkibli yuyucu
vasitələrdən istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
● Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor
linzaları kimi optik şüşələrin təmizlənməsi üçün
yumşaq, quru parça istifadə edin.
● Yalnız təchiz edilmiş və ya təsdiq edilmiş əvəzləyici
antenadan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
97
B a x ı m v ə t e x n i k i x i d m ə t
● Adapterlərdən qapalı yerlərdə istifadə edin.
● Kontaktlar və təqvim qeydləri kimi saxlamaq
istədiyiniz məlumatın həmişə surətini çıxart.
● Cihazı vaxtaşırı olaraq optimal iş vəziyyətinə
qaytarmaq üçün cihazı söndürün və batareyanı
çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, batareya dolduran qurğuya
və ya hər hansı aksessuara şamil edilir. Hər hansı
cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda
yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.
Utilizasiya
Məhsulunuzun üzərindəki X işarəli çarxlı
qutu işarəsi, mətn və ya qablaşdırma sizə
xatırladır ki, bütün elektrik və elektronika
məhsullar, batareyalar və akumulyatorlar istifadə
müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb
Avropa İttifaqında və ayrı toplanma sistemləri olan
yerlərdə tətbiq edilir. Bu məhsulları çeşidləndirilməmiş
bələdiyyə tullantılarının arasına yerləşdirməyin.
98
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz
tullantıların qarşısını alırsınız və materialların
yenidən istifadəsinə kömək edirsiniz. Ətraflı məlumatı
pərakəndə satıcıdan, yerli bələdiyyələrdən, milli
istehlakçılardan, hakimiyyət orqanlarından və ya
yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz.
Məhsulun Eko-Bəyannaməsi ilə və ya məhsulunuzu
qaytarmaq üçün təlimatlarla bağlı www.nokia.com
ünvanından ölkənizə aid məlumatlara baxın.