
Əməliyyat mühiti
RT şüalarına məruz qalma təlimatlarına əsasən cihazı
normal olaraq qulağa tutmaq və ya bədəndən ən azı
1,5 santimetr (5/8 düym) uzaqda saxlamaq lazımdır.
Əgər cihazı üstünüzdə gəzdirən zaman xüsusi qabdan,
kəmər sıxacından və ya bənddən istifadə edirsinizsə
həmin əşya metal olmamalıdır və cihazı sizin
bədəninizdən ən azı 1,5 sm ayırmalıdır.
Məlumat fayllarını və mesajları ötürmək üçün bu cihaz
şəbəkəyə keyfiyyətli qoşulmalıdır. Müəyyən hallarda
belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi
bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma
məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya
təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan
vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan
məlumat silinə bilər.

100
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
■