Avtomobillər
RF siqnalları avtomobillərdə düzgün quraşdırılmamış
və ya düzgün mühafizə edilməmiş elektron yanacaq
injektor sistemi, blokirovkaya qarşı elektron əyləc
sistemləri, elektron surət tənzimləyən sistemlər, hava
kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər.
Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona
əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri
ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət
göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər.
Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər
və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin
qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə
bütün simsiz cihaz avadanlığının düzgün
quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın.
Tez alışan mayeləri, qazları və partlayıcı maddələri
cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı
bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə
təchiz edilmiş avtomobillərə bağlı unutmayın ki, hava
kisələri böyük güclə şişirdilir. Hava balışının olduğu və
ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış
103
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
və ya daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin
daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması
və hava kisəsinin şişməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan
edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün.
Simsiz telecihazların istifadəsi təyyarənin idarə
edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon
şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
■