
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu
söndürün və bütün işarələrə və göstərişlərə riayət
edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən
avtomobilinizin mühərrikinin söndürülməsi tövsiyə
edilən ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar
partlamaya yaxud yanğına səbəb olur və bədən
xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət
stansiyalarında olan qaz nasosları kimi yanacaq
stansiyalarında söndürün. Yanacaq depolarında,
saxlama və paylama məntəqələrində, kimyəvi
zavodlarda və ya partlayış əməliyyatları keçirilən
ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial

104
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
partlayış atmosferi olan ərazilər həmişə olmasa da
çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda
göyərtənin aşağısı, kimyəvi maddə daşıma və ya
saxlama yerləri və havada toz, metal tozları və ya
müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın
həmin avtomobillərin yaxınlığında istifadə edilib
edilməyəcəyini soruşmalısınız.
■