
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki,
tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq
üçün nəbzölçən və ya implantasiya edilmiş kardio
defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum
15,3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan
şəxslər bunları etməlidirlər:

101
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
● Simsiz cihaz işə salındıqda tibbi cihazla onun
arasında minimum 15,3 sm (6 düym) məsafə
saxlamalıdırlar.
● Cihazı döş cibində daşımamalıdır.
● Təsir ehtimalını azaltmaq üçün telefonu tibbi
cihazın əksi istiqamətindəki qulağınıza qoyun.
● Əgər hər hansı maneə hiss olunarsa telefonu
dərhal söndürün.
● İmplantasiya edilmiş tibbi cihazların istehsalçı
təlimatlarını oxuyun və onlara əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla
necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə
müraciət edin.